Missiya & Məqsəd

Missiyamız

“Global Selfcare” MMC-nin missiyası Azərbaycan istehlakçılarını dünya brendlərinin keyfiyyətli məhsulları ilə təmin etmək və hər zaman müştəri məmnuniyyətini ön planda tutmaqdır. Biz yalnız məhsul deyil, etibarlı xidmət və davamlı dəstək təqdim etməklə bazarda uzunmüddətli tərəfdaşlıq qurmağı hədəfləyirik.

Məqsədimiz

Şirkətimizin əsas məqsədi ölkə üzrə satış şəbəkəsini daha da genişləndirmək, müasir logistika imkanlarını gücləndirmək və müştərilər üçün əlçatan, keyfiyyətli xidmət standartı formalaşdırmaqdır.

Bizim üçün hər bir məhsulun vaxtında, təhlükəsiz və düzgün şəkildə istehlakçıya çatdırılması sadəcə bir öhdəlik deyil, həm də korporativ məsuliyyətimizin əsas hissəsidir.

Gələcəyə Baxışımız

“Global Selfcare” yaxın illərdə distribüterlik fəaliyyətini daha da inkişaf etdirərək, Azərbaycanın ən güclü ticarət şirkətlərindən birinə çevrilməyi hədəfləyir. Yeniliklərə açıq yanaşma, müasir texnologiyaların tətbiqipeşəkar komanda işi bu hədəflərə çatmaqda əsas rol oynayır.