Haqqımızda

“Global Selfcare” MMC müasir ticarət yanaşması və yüksək xidmət keyfiyyəti ilə seçilən distribüter şirkətidir. Qısa müddət ərzində bazarda etibarlı tərəfdaş imici qazanaraq, Azərbaycan istehlakçılarına dünya brendlərinin keyfiyyətli məhsullarını təqdim etmək missiyası ilə fəaliyyət göstərir.

Şirkətimiz Bakı şəhərində yerləşən mərkəzi anbar, həmçinin Quba, Şirvan, Gəncə, Göyçay, Şəki, Bərdə və Lənkəran filialları vasitəsilə ölkənin bütün bölgələrini əhatə edən geniş satış şəbəkəsinə malikdir.

İnkişafımızın əsas dayaq nöqtələrindən biri müasir anbar infrastrukturudur. Bu, həm məhsulların operativ şəkildə bölgələrə çatdırılmasına, həm də müştərilərimizin daim yüksək səviyyəli xidmətlə təmin edilməsinə imkan yaradır.

“Global Selfcare” bu gün etibarlı distribüter olmaqla yanaşı, sabahın daha güclü ticarət tərəfdaşı olmağı qarşısına məqsəd qoyur.

Etibarlılıq

Müştərilərimizə və tərəfdaşlarımıza verdiyimiz sözə sadiq qalaraq hər zaman etibarlı xidmət təqdim edirik.

Geniş Şəbəkə

Bakı və bölgələrdə yerləşən filiallarımız vasitəsilə məhsulların ölkə üzrə əlçatan olmasını təmin edirik.

Müasir İnfrastruktur

Mərkəzi və regional anbarlarımız sayəsində sürətli, operativ və davamlı logistika imkanları yaradırıq.

Peşəkar Komanda

Sahəsində təcrübəli komandamız müştərilərimiz üçün ən yaxşı həlləri təklif etməyə hazırdır.

Sertifikatlarımız

NİYƏ BİZ?

Hər zaman müştərinin yanında

“Global Selfcare” olaraq məqsədimiz yalnız məhsul təqdim etmək deyil, həm də müştərilərimiz üçün etibarlı tərəfdaş olmaqdır. Biz fəaliyyətimizdə müasir logistika imkanlarını, geniş satış şəbəkəsini və peşəkar komandamızı birləşdirərək, hər bir müştəriyə operativ, keyfiyyətli və davamlı xidmət göstəririk.